AZ

Çamadanlarını yığdı, “evimə qayıdıram" yazdı, “Qarabağ”a döndü - FOTOLAR

"Qarabağ"ın yeni transferi Kadi Borges Bakıya qayıdıb.

Sportinfo.az xəbər verir ki, ötən həftə Ağdam klubu ilə müqavilə imzalayan 28 yaşlı braziliyalı əşyalarını toplamaq və ailəsini Bakıya gətirmək üçün Budapeştə getmişdi.

O, "Qarabağ"a Macarıstan "Ferensvaroş"undan transfer olunub.

Dünən Bakıya qayıdan Kadi Budepeşt hava limanından paylaşım edib. O, paylaşımına "Evimə qayıdıram" sözlərini yazıb.

Kadinin tezliklə "Qarabağ"ın məşqlərinə qatılacaq.



Seçilən
17
sportinfo.az

1Mənbələr