AZ

"Düzü, bərk ağrı hiss etdim" - Qavi darmadağını şərh etdi

"Barselona"nın yarımmüdafiəçisi Qavi İspaniya La Liqasının 23-cü turunda səfərdə "Sevilya" üzərində qazandıqları böyükhesablı qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Barca Universal" belə çatdırıb:

"Oyundan çox razıyıq. 10 nəfərlə oynamaq (Martin Lopes 62-ci dəqiqədə meydandan qovulub - red.) asan deyildi, amma biz işimizin öhdəsindən gəldik və 4:1 hesablı qələbə qazandıq. Bu, əla nəticədir.

Əvəzlənməyimə gəlincə, düzü, bər ağrı hiss etdim. Baş məşqçimiz sarı vərəqəm olduğu üçün oyundan alınmağımı uyğun saydı. Ris etməmək daha düzgün seçim idi. Ağrı bir yana, "qırmızı" ala bilərdim. Hakimlər mənə vərəqə verəndə heç vaxt tərəddüd etmirlər".

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr