AZ

Elon Musk: TikTok-u almağı planlaşdırmıram

“Welt Documentary” YouTube kanalı ABŞ-li milyarder iş adamı İlon Maskın iştirak etdiyi “WELT Economic Summit” sessiyasının videosunu dərc edib.

Mask iştirak etdiyi onlayn sessiyada ABŞ-də qadağası ilə bağlı hələ də qeyri-müəyyənlik içərisində olan video paylaşma proqramı TikTok haqqında bir qiymətləndirmə edib.

TIKTOK-u ALMAQ PLANIM YOXDUR

TikTok almaqda maraqlı olmadığını bildirən Musk, "TikTok üçün təklif etməmişəm. Sahib olsam nə edəcəyimlə bağlı heç bir planım yoxdur" deyib.

Musk TikTok-dan istifadə etmədiyini söyləyərək, "Düşünürəm ki, ona sahib olsaydım, alqoritmin nə qədər zərərli və ya faydalı olduğunu müəyyən edərdim. Daha faydalı və səmərəli olması üçün onu dəyişdirməyin yollarını axtarardım",- deyə vurğulayıb.

Seçilən
4
aznews.az

1Mənbələr