Donald Trampın rəhbərliyi altında ABŞ Ukraynaya hərbi dəstəyi məhdudlaşdıra bilər, lakin dayandırmayacaq.
Axar.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqone deyib.
“Düşünmürəm ki, ABŞ Ukraynaya hərbi yardımı tamamilə əngəlləyəcək, bəlkə onu yenidən təşkil edə, yenidən nəzərdən keçirə bilər, amma ləğv edə bilməz. Biz onun əsas tərəfdaş olduğunu bilirik, lakin unutmayaq ki, İsveç, Finlandiya, Niderland, Kanada və Böyük Britaniyanın mühüm töhfələri ilə Avropa dəstəyi artıq üstünlük təşkil edir. Tramp dəstək proqramlarını nəzərdən keçirir, onları ləğv etməyəcək”, - Draqone bildirib.