Gəncədə mənzildə köməksiz vəziyyətdə qalan şəxs aşkarlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Atatürk prospektində yerləşən yataqxanada yaşayan İ.İsmayılov bağlı qapı arxasında köməksiz vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas edilib, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
İ. İsmayılov xəstəxanada vəfat edib.
Fakt araşdırılır.