AZ

Aktrisadan şok etiraf: “Qohumumun əri məni sevir”

Aktrisadan şok etiraf: “Qohumumun əri məni sevir”

Hasan Can Kayanın “Konuşanlar” proqramına qatılan “İnci Taneleri” serialının aktrisası Nilay Evin qohumunun ərinin onu sevdiyini etiraf edib.

 Sosial mediada böyük reaksiyaya səbəb olan həmin anlar yayından çıxarılıb.
Qlobal.net bildirir ki, Nilay Evin məşhur “İnci Taneleri” serialında Dilberin arxasında rəqs edən oyunçulardan biridir. 
“Qohumumun yanına hər gün gedirəm, amma ona “Ərin məni sevir”  deyə bilmirəm” – sözləri ilə hər kəsi təəccübləndirən Nilay, bu vəziyyəti ilk dəfə həyat yoldaşının özü etiraf etdiyini deyib. “Onlar 20 ildir birlikdədirlər, mən isə son bir ildir mütəmadi olaraq qohumumun evinə gedirdim” – deyə əlavə edib.
Hasan Can Kayanın “Qohumun olmasa, həmin adamı bəyənərdinmi?” sualına cavab verən Nilay əvvəlcə onu cəlbedici hesab etdiyini etiraf edib. Daha sonra isə bir gün qohumu evdə olmayanda kişinin gözünün içinə baxaraq “Nilay, mən səni sevirəm” dediyini bildirib. O, bu etirafı qəbul etmədiyini və kişinin həyat yoldaşına sadiq qalması lazım olduğunu söylədiyini vurğulayıb. “Qohumum ərini çox sevir, amma görünür, ərinin gözü məndə imiş” – deyə əlavə edib.
Hasan Can Kaya bu açıqlamalar qarşısında təəccüblənərək “Onlar hələ də evlidirlər? Bu hissəni yayımlasam…” deyə zarafat edib. Nilay isə “Boş ver, yayımla. Hansı qohumum olduğunu demədim” deyərək gülüb.
Bu açıqlamalar sosial mediada böyük reaksiyaya səbəb olub və proqramın mübahisəli görüntüləri yayından çıxarılıb.


Səbinə
Qlobal.net
Seçilən
6
qlobal.net

1Mənbələr