Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsdən azad edilməsi məsələsinin baxılacağı məhkəmə iclası gələn həftə keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Seul mərkəzi rayon məhkəməsi dinləmələri fevralın 20-nə təyin edib.
Dinləmələr Yun Sok Yolun hərbi vəziyyətin uğursuz tətbiqi ilə bağlı cinayət işi üzrə ilk iclasla eyni vaxtda keçiriləcək.
Prezidentin özünün dinləmələrdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.