AZ

Azərbaycan və İranın bəzi sahələr üzrə əməkdaşlıq etməyinə ehtiyac var -Politoloq

Xəzər dənizində təhlükəsizliyin təmin olunmasında İran və Azərbaycan ortaq fəaliyyət istiqamətlərini müəyyənləşdirə bilərlər

Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb. Görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib. Tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a vurğulayıb ki, Azərbaycan və İran arasında genişmiqyaslı hərbi əməkdaşlığın olacağını təəssəvvür etmək bir qədər çətindir:

“Böyük ehtimalla belə bir genişmiqyaslı hərbi əməkdaşlıq olmayacaq. Lakin istənilən halda Azərbaycan və İran qonşu ölkələrdir və hər iki ölkənin bəzi sahələr üzrə əməkdaşlıq etməyinə ehtiyac var. Həmin sahələrdən biri də Xəzər dəniziylə bağlı ola bilər. Çünki Xəzər dənizində təhlükəsizliyin təmin olunmasında İran və Azərbaycan ortaq fəaliyyət istiqamətlərini müəyyənləşdirə bilərlər. Xüsusilə də, Xəzər dənizindən narkotik ticarəti və yaxud hansısa başqa qaçaqmalçılıq məqsədilə istifadə olunmasının qarşısının alınması üçün Azərbaycan və İran hərbi dənin qüvvələrinin ortaq təlimlər barədə anlaşmalar formalaşdırma ehtimalları var. Əgər bunlar ümumi maraqlar çərçivəsində reallaşdırılarsa, həmin zaman Xəzərətrafı region üçün böyük faydası olar. Bu müzakirələrin hansı səviyyəyə qədər inkişaf edib-etməyəcəyi suallar doğurur. Ancaq yaxın gələcəkdə belə bir ehtimal olarsa, yəni daha çox Xəzər dənizində təhlükəsizliyin qorunması, qaçaqmalçılığa qarşı birgə hərbi təlimlər baş tutarsa, Azərbaycan və İran üçün faydalı fəaliyyətə çevrilər”.
Seçilən
11
sherg.az

1Mənbələr