AZ

Səudiyyə Ərəbistanı uşaqların Həcc ziyarətinə gətirilməsini QADAĞAN ETDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci ilin Həcc ziyarətinə zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Gulf News" nəşri məlumat yayıb.
Qeyd olunur ki, qərar hər il Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
Bundan əlavə, nazirlik Həcc mövsümündə zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər tətbiq edib.
Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir. 
Seçilən
22
19
oxu.az

10Mənbələr