AZ

“Kişi futbolçulardan yazan olur, onlara cavab vermirəm” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının və Rusiyanın “Zenit” klubunun müdafiəçisi Nigar Mirzəliyeva İdmanxeber.az saytına müsahibə verib.

– Hazırda Antalyada toplanışdasız. Təlim-məşq toplanışı necə gedir?

Hal-hazırda “Zenit”lə Antalyada təlim-məşq toplanışındayam. Hər şey çox yaxşıdır. Hər gün iki dəfə olmaqla məşq edirik. Bugünə kimi 2 yoxlama matçında qüvvəmizi sınamışıq və hər iki oyunda qalib gəlmişik. Cəmi bir yoxlama oyunumuz qalıb. Daha sonra Rusiyaya geri dönəcəyik.

-Yeni mövsümün startına az qalıb. Gözləntiləriniz nədi?

Yeni mövsümə də ciddi hazırlaşırıq. Oyunların başlamasını səbrsizliklə gözləyirik.

-Sizi növbəti mövsümdə başqa komandada görə biləcəyikmi? Təkliflər varmı?

Hazırda “Zenit” klubu ilə müqaviləm var. Amma buna baxmayaraq başqa klublardan təkliflərim çoxdu. Hələ ki, “Zenit”də davam edirəm. Yalnız müqaviləim sonunda bu məsələyə baxacam. Yaxşı təkliflər olacağı təqdirdə onları dəyərləndirə bilərəm.

-Bir xanım kimi sizə Rusiyada oynamaq Azərbaycanda çıxış etməkdən daha asandı?

Rusiyada çempionat Azərbaycana baxanda çox fərqli və çətindi. Burda futbol çox inkişaf edib və edir. Mənə çətin olan ölkəmdən və ailəmdən uzaq yaşamaqdı. Çox istəyərdim ki, bizim ölkədə qadın futbolu ən azı Rusiyada olduğu kimi inkişaf etmiş olsun. Belə olan halda, mən ölkəmdə oynamağı seçərəm.

-Ümumiyyətlə, Rusiyada Azərbaycan futbolu ilə bağlı səndən nəsə soruşurlar? 

Təbii ki, soruşurlar. Xüsusən də, millimiz oynayanda. Hansı nəticələr qazandığımızla, necə oynadığımızla maraqlanırlar.

-Azərbaycanlı valideynlərə qızlarını futbola yönəltməsi üçün hansı mesajları verərdin?

Hər kəsin öz seçimi var. Sadəcə bunu deyərdim ki, futbola başlamaq üçün onu sevmək lazımdı. Sevgisiz olan hər bir iş uğursuz olur. Sevgi ilə görülən hər iş isə uğurlu və gözəl olur. Futbol gözəldi, əyləncəlidi. Fərqli ölkələr görürsən, gəzirsən, maraqlı günün keçir. Fərqli insanları tanıyırsan, rəqiblərlə qarşılaşırsan və s. Bu kimi məqamlar əyləncəli və maraqlıdı.

-Sosial şəbəkələrdə aktivsən. Heç kişi yerli futbolçulardan sənə yazanlar olur?

Sosial şəbəkələrdən sadəcə instaqramda aktiv oluram. Yerli kişi futbolçulardan yazanlar var, amma onlara cavab vermirəm (gülür).

Fərid Nəsibov

Seçilən
9
idmanxeber.az

1Mənbələr