AZ

Birinci Liqa: 14-cü turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 14-cü turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

14-cü tura fevralın 13-də start veriləcək. Turun qalan görüşləri isə ayın 14-də keçiriləcək.

Birinci Liqa
14-cü tur
13 fevral

“Mingəçevir” – “Cəbrayıl”
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

“İmişli” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

“Karvan” – MOİK
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu.

14 fevral

“Baku Sportinq” – “Qaradağ Lökbatan”
Hakimlər: Alik Yunusov, Rasim Axundov, Nurlan Əhmədzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu.

“Zaqatala” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəşxiyev, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

Seçilən
33
arena.az

1Mənbələr