AZ

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8.6% artıb

2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə 8,6 faiz artaraq 12 885,5 milyon manat olub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 9 698,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Ötən il hər bir ölkə sakini orta hesabla 1 262,9 manatlıq və ya 2023-cü illə müqayisədə nominal ifadədə 139,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Fuad Mədətov
Fins.az

Seçilən
30
1
fins.az

2Mənbələr