AZ

"Range Rover"sürətli yolda "dincələn"piyadanı belə vurdu - DİN görüntüləri yaydı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində piyadanı maşın vurub.

Avtosfer.az xəbər verir ki, hadisə barədə görüntünü DİN Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev paylaşıb. Piyadalara səslənən polis polkovnik-leytenanti “Yol keçərkən yalnız təhlükəsizliyini düşün” şüarını qeyd edib.

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov isə həmin videonu paylaşaraq qeyd edib ki, Heydər Əliyev, Babək, Ziya Bünyadov, 8 Noyabr prospektlərində, habelə Aeroport və Mərdəkan şoselərində bəzi piyadalar yolu bu formada keçirlər. Maarifləndirici video məlumatlar paylaşılmasına baxmayaraq, insanlar hələ də məsələnin ciddiliyini qulaqardına vururlar. O, həmçinin bu cür hadisələrin qarşısını almaq üçün insanların daha diqqətli olmalarını vurğulayıb.

Qeyd edək ki, hadisə yay aylarında baş verib. Yolu nəzərdə tutulmayan yerdən keçən piyada qəfildən 10-SF-005 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə piyada avtomobil tərəfindən vurulub.

Könül Rauf

Seçilən
3
avtosfer.az

1Mənbələr