Mərkəzi Seçki Komissiyasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Müraciətləri MSK katibi Arifə Muxtarova, qurumun və Ekspert qrupunun üzvləri Baxşeyiş Əsgərov, Tofiq Həsənov və İlkin Şahbazov təqdim ediblər.
Bildirilib ki, müraciətlər 71 saylı Cəlilabad şəhər (Cəlilabad bələdiyyəsi), 76 saylı Lənkəran-Masallı (Liman bələdiyyəsi), 113 saylı Qax-Şəki (Aşağı Göynük bələdiyyəsi), 81 saylı İmişli (İmişli bələdiyyəsi) seçki dairələri üzrədir.
MSK-nın qərarına əsasən, 71 saylı Cəlilabad şəhər və 81 saylı İmişli seçki dairəsi üzrə müraciətlər əsassız hesab edilib və bununla bağlı dairə seçki komissiyalarının müvafiq qərarları qüvvədə saxlanılıb.