ABŞ-nin vitse-prezidenti Dee Vens fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Adalet.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Tədbirdə Ukrayna nümayəndə heyətinə Zelenski, Amerika nümayəndə heyətinə isə Dee Vens rəhbərlik edəcək.
Məlumata görə, Ukrayna tərəfi Kiyevin münaqişəyə son qoyulması, uzunmüddətli və davamlı sülhün əldə olunması ilə bağlı mövqeyini təqdim edəcək. Bu məqsədlə Ukrayna təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir.