AZ

Ərdoğan: Ədalətin olmadığı bir dünyada sülh, sabitlik və inkişaf mümkün deyil

İkinci Dünya müharibəsindən sonra qalib gələn ölkələrin formalaşdırdığı hazırkı qlobal münasibətlər sistemi zamanın sınağına dözə bilmir və islahatlar tələb edir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 10-da Malayziya universitetlərindən birində deyib.

Türkiyə lideri qeyd edib ki, son 80 ilin beynəlxalq münasibətlər modelinin müəlliflərinin məqsədi qlobal proseslərə, o cümlədən iqtisadi, maliyyə və ticarət axınlarına və resurslarına nəzarət etmək olub. “Bugünkü dünya nizamı resursların axdığı, bu ölkələrin rifah səviyyəsinin yüksəldilməsi, hərbi yardımların və ayrı-ayrı güclərin siyasi mövqelərinin gücləndiyi Qərb ölkələrinin əlinə keçir”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün bəşəriyyətin 55 faizi qlobal gəlirin üçdəbiri ilə kifayətlənmək məcburiyyətindədir. “Bu, dünya nizamında böhranın göstəricisi deyilmi? Şimali Amerikada doğulan bir uşağın Afrikada doğulmuş uşaqdan 70 dəfə çox imkanlara malik olması normaldırmı?”, -deyə soruşan siyasətçi əlavə edib ki, daha çox belə misallar gətirə bilər.

Ərdoğan vurğulayıb ki, ədalətin olmadığı bir dünyada uzunmüddətli sülh, sabitlik və inkişafı təmin etmək mümkün deyil.

Siyasətçi 2 milyard əhalisi olan İslam dünyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında təmsil olunmadığını da vurğulayıb. “Bəşəriyyətin 25 faizinə məhəl qoymamaq, şübhəsiz ki, beynəlxalq sabitliyə və sülhə töhfə vermir. Bu, qlobal səviyyədə söz sahibi olmayan digər qruplara da aiddir. Buna görə də iqtisadiyyatdan diplomatiyaya, ticarətdən təhlükəsizliyə qədər həyatın bütün sahələrini əhatə edən yeni ədalətli dünya münasibətləri sisteminin formalaşdırılması çox vacibdir. Bu, bizə problemləri və ziddiyyətləri həll etməyə imkan verəcək”, -deyə Ərdoğan əmiliklə bildirib.

Seçilən
25
2
xezerxeber.az

4Mənbələr