"Apple" son illərdə süni intellekt sahəsində mövcudluğunu gücləndirmək üçün mühüm addımlar atmaqdadır. Xüsusilə geyilə bilən texnologiyalarda süni intellekt inteqrasiyasına diqqət yetirərək istifadəçi təcrübəsini daha ağıllı və daha interaktiv etmək məqsədi daşıyır. Son iddia da bunu göstərir.
News24.az xəbər verir ki, şayiələrə görə, "Apple" kamera ilə təchiz olunmuş "AirPods" modeli üzərində işləyir. Bu yeni texnologiyanın "AirPods Pro 3" modelinə daxil ediləcəyi ehtimalı azdır. Bu kontekstdə onun ən tez 2027-ci ildə "AirPods 4" ilə buraxılması gözlənilir.
Apple-ın etibarlı mənbələrindən biri olan Ming-Chi Kuo bildirir ki, kamerası olan AirPods Pro istifadəçinin baş hərəkətlərini aşkarlaya və onun yönəltdiyi istiqamətin səslərini vurğulaya bilər. Bu yenilik Apple ekosistemindəki cihazlarla daha dərin inteqrasiyaya imkan yarada bilər və daha təkmil məkan audio təcrübəsi təklif edə bilər.
Bu məhsul haqqında dəqiq məlumat olmasa da, Meta və RayBan ilə ortaq şəkildə hazırlanan ağıllı eynəklərə rəqib olacağı gözlənilir.
Günel Məlikzadə