ABŞ-nin keçmiş prezidenti Donald Trampın xarici ticarətə dair yeni tarifləri beynəlxalq bazarlarda gərginliyi artırıb. Ekspertlər bu addımın qlobal ticarət münasibətlərində yeni böhran yarada biləcəyini bildirirlər.
News24.az xəbər verir ki, qızıl qiymətləri bu təsirlərə reaksiya verərək artmağa davam edib. Bu günkü qiymət 2960 dollar səviyyəsində qeydə alınıb.
İlin əvvəlindən bəri bir troya unsiya (31,1 qram) qızılın dəyəri 275 dollar artaraq əhəmiyyətli bahalaşma göstərib. 2025-ci ilin ilk günlərində bu göstərici 2685 dollar idi.
Analitiklər hesab edirlər ki, qızıl qiymətlərində artım tendensiyası davam edə bilər. Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini dayandırmaq üçün ABŞ-ın daha sərt iqtisadi və diplomatik addımlar atması investorları təhlükəsiz aktivlərə, xüsusilə də qızıla yönəldə bilər. Bu isə qiymətlərin növbəti mərhələdə daha da yüksəlməsi ilə nəticələnə bilər./Musavat.com