AZ

Qəzzada aclığın qarşısı necə alındı?

Qəzzada

İsrail və HAMAS qruplaşması arasında Qəzza sektorunda əldə olunan atəşkəs ərazidə aclığın qarşısını böyük ölçüdə almağa imkan verdi, lakin vəziyyət hələ də çətin olaraq qalır. “Ulusum”.az xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə baş katib müavini və fövqəladə yardım koordinatoru Tom Fletçer Associated Press (AP) agentliyinə müsahibəsində bildirib. "Düşünürəm ki, aclıq təhlükəsinin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkün oldu. Qidalanma səviyyəsi atəşkəsdən əvvəlki dövrdən daha yaxşıdır," - o, İsrail və Qəzza sektoruna iki günlük səfərdən sonra qeyd edib. "Şərait hələ də dəhşətlidir və insanlar hələ də aclıq çəkir. Əgər atəşkəs uğursuz olarsa, dayandırılsa, aclığı təşviq edən şərtlər çox sürətlə geri qayıdacaq," - deyə Fletçer əlavə edib.O, İsraili və HAMAS-ı atəşkəs şərtlərinə əməl etməyə çağırıb. Fletçer əlavə edib ki, Qəzza əhalisinin daha çox ərzaq və dərmana, çadırlara və sığınacaqlara ehtiyacı var və ərazidə yoluxucu xəstəliklərin yayılması təhlükəsi mövcuddur.AP xatırladır ki, razılaşmaya əsasən İsrail gündə 600 humanitar yardım yük maşınının keçidinə icazə verəcək. BMT-nin hesablamalarına görə, atəşkəsdən bəri Qəzzaya 12,6 min yük maşını daxil olub.Səidə

Diqqət Çəkənlər

Uşaqların sözə baxmaması: səbəblər və həllər

Qüantanamoda miqrant böhranı

Ərdoğan Azərbaycanla əhəmiyyətli sazişi təsdiqlədi

Seçilən
4
ulusum.az

1Mənbələr