Ölkəmizdə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Sənaye zonalarında sahibkarlar əlavə texniki şərtlərin alınması tələbi olmadan dövlət vəsaiti hesabına hazır mövcud infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilərlər.
Bunun nəticəsidir ki, sənaye zonalarında investisiya portfeli 7,9 milyard manatdan çox olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb.
Bundan başqa, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.