AZ

"Əlvida, Lenin!": Bu ölkənin prezidentindən qəribə Rusiya açıqlaması

Litva prezidenti Qitanas Nauseda Estoniya, Latviya və Litvanın Belarus və Rusiyanın da daxil olduğu Elektrik Halqası (BRELL) ilə əlaqəsinin kəsilməsi zamanı Rusiya və Leninlə vidalaşıb.

Publika.az xəbər verir ki, Litva lideri videoyazıdan fraqmenti "X" sosial şəbəkəsində yerləşdirib.

Nauseda ingiliscə "Əlvida, Rusiya. Əlvida, Lenin" deyib.

Qeyd edək ki, əvvəllər Litva, Latviya və Estoniyanın Rusiya və Belarusla ümumi BRELL enerji sistemindən çıxdıqdan sonra Avropa enerji sisteminə qoşulduğu bildirilib. Polşa prezidenti Anjey Duda da öz növbəsində kritik enerji infrastrukturunun qorunmasına və Aİ-nin Moskvaya qarşı sanksiyalarının gücləndirilməsinə çağırıb.

Seçilən
12
publika.az

1Mənbələr