AZ

Meymun ölkədə elektrikin kəsilməsinə SƏBƏB OLDU

Şri-Lankada meymun elektrik şəbəkəsinin transformatoruna girib.

News24.az bildirir ki, bir meymunun ölkədəki elektrik şəbəkəsi stansiyasına müdaxilə etməsi adada elektrik enerjisinin kəsilməsinə səbəb olub. Yerli vaxtla səhər saat 11:30 radələrində başlayan elektrik enerjisinin kəsilməsi təxminən üç saatdan sonra hələ də tam bərpa olunmayıb.

22 milyon əhalisi olan ada ölkəsindəki xəstəxanalar, iş yerləri və evlər enerji ehtiyaclarını generatorlar və ya çeviricilərlə qarşılamağa çalışır.

Zəhraxanım Şeydayeva

Seçilən
8
news24.az

1Mənbələr