AZ

Şəlalə Camal: Mən darıxan adamam

Mən darıxan adamam
Baxma ki, üzüm gülür.
Sanki zamana yadam,
Vaxt adamı öldürür.

Mən darıxan adamam,
Sükut çöküb ömrümə
Hər şey içimdə ölür,
Həyat məni güldürür.

Mən darıxan adamam,
Xəyallarım solub tək.
Keçmiş mənə əl edir,
Gələcək susur, demək.

Mən darıxan adamam,
Dünyam qaranlıq, soyuq.
Ümidlərim bir kölgə,
Arzularımsa yorğun.

Mən darıxan adamam,
Ümidlərim qırılır...
Üzümü güldürənlər
Qəlbimdə ağrı qurur.

Seçilən
3
adalet.az

1Mənbələr