AZ

Naxçıvanda ağır qəza: 5 nəfər...

Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Püsyan kəndi (Şərur rayonu) ərazisində qeydə alınıb.

 

Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı beş nəfər xəsarət alıb.

 

Yaralılar hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən xilas edilib.

 

Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

 

 

Seçilən
29
12
sfera.az

10Mənbələr