AZ

Unai Emeri “Tottenhem” üzərində qələbəni şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Kubokunun 1/16 finalında “Tottenhem” üzərində ev qələbəsini (2:1) şərh edib.

Arena.az “Aston Villa”nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Mən bizim azarkeşlərimiz üçün çox xoşbəxtəm, çünki bu yarışlar onlar üçün, “Aston Villa” üçün böyük məna kəsb edir. Beşinci mərhələyə adlamağımız sadəcə fantastikdir, çünki çox, çox yaxşı bir oyun keçirdik. Çox yaxşı, mütəşəkkil və fərdi olaraq oynadıq.

Ötən ay ərzində əlavə etdiyimiz oyunçular bizə çox kömək etməyə başladılar və biz çox şövqlü olduq. İndi biz İngiltərə Kuboku, Çempionlar Liqası və Premyer Liqa kimi yarışlarda oynayaraq, növbəti həftələr və aylar ərzində çıxışlarımızı bərpa edə biləcəyimizi səbrsizliklə gözləyirik”, deyə Unai Emeri matçdan sonra baş tutmuş mətbuat konfransında bildirib.

Məğlubiyyət nəticəsində “Tottenhem” İngiltərə Kubokunda mübarizəsinə xitam verib, “Aston Villa” isə 1/8 finala adlayıb.

Xatırladaq ki, İngiltərə Kubokunun cari qalibi “Mançester Yunayted”dir. Ötən mövüm yarışın həlledici oyununda “qırmızı şeytanlar” əzəli rəqibi “Mançester Siti”ini 2:1 hesabı ilə məğlub etmişdilər.

Seçilən
40
arena.az

1Mənbələr