Rumıniya Prezidenti Klaus Yohannis istefa verəcəyini açıqlayıb.
Gundem.az “Sputnik Moldova”ya istinadən xəbər verir ki, o, dövlət başçısı postunu fevralın 12-də tərk edəcəyini bildirib.
Yohannisin sözlərinə görə, ölkə vətəndaşlarını böhrandan azad etmək üçün bu addımı atmağa qərar verib.
Qeyd edək ki, Rumıniya parlamenti fevralın 11-də ümumi plenar iclas zamanı Klaus Yohannisin hakimiyyətdən uzaqlaşdırılmasına dair müxalifət tərəfindən irəli sürülən məsələni müzakirə edəcəkdi.