AZ

Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb

Sənaye zonalarında 10 min 700-dən artıq daimi iş yeri yaradılıb.

Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manatdan çox olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Məlumata görə, indiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 min 700-dən artıq daimi iş yeri yaradılıb.

Bundan başqa, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Seçilən
29
11
operativmedia.az

10Mənbələr