AZ

Havada çaxnaşma: Pilot huşunu itirdi

Həftə sonu Misirin Hurqhada şəhərindən İngiltərənin Mançester şəhərinə uçan Easy Jet təyyarəsində qorxulu anlar yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, təyyarə Yunanıstanın paytaxtı Afinada pilotlarından birinin huşunu itirməsi səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.

Pilot yıxılan kimi uçuş heyəti təyyarənin önünə doğru qaçıb. Təyyarədəki sərnişinlər isə havaya qalxdıqdan iki saat sonra nəyinsə səhv olduğunu hiss ediblər.

“The Mirror” qəzetinə danışan sərnişinlərdən biri bildirib ki, ekipaj üzvləri onlara “Aranızda tibbi təhsili olan varmı?” sualını verib. Bundan sonra bir neçə nəfər heyətə kömək etmək üçün yerindən qalxıb.

Uçuş heyəti pilotun xəstə olduğunu deyib. Sərnişin təyyarədə çaxnaşma anının bu məlumat verildikdən sonra baş verdiyini bildirib.

Sərnişin pilotun huşunu itirməsinin təyyarədə təşviş və narahatlıq yaratdığını, sonradan onlara təcili eniş etməli olduqları deyib:

“Bunun bizim üçün son olduğunu düşünərək panikaya düşdük”. Sərnişin əlavə edib ki, həkimlər briqadası pilotu tez müalicə edə bilsin deyə, digər pilot sakitcə təyyarəni endirib.

Bildirilir ki, sərnişinlərin çoxu qalmağa otel tapana qədər Afina hava limanının döşəməsində yatmağa məcbur olublar.

Seçilən
29
cebheinfo.az

1Mənbələr