“Fənərbağça”nın futbolçusu İsmail Yüksek zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi 2-3 həftə meydanlardan uzaq qalacaq. Bu barədə insayder Yağız Sabuncuoğlu xəbər verib.
İ. Yüksek cari mövsümdə 23 oyunda meydanda olub və fərqlənə bilməyib.