AZ

Sənaye zonalarının investisiya portfeli 8 milyard manata çatır

Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manatdan çox olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

FED.az-a bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Məlumata görə, indiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 min 700-dən artıq daimi iş yeri yaradılıb.

Bundan başqa, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

SənayeSənaye
Seçilən
27
11
fed.az

10Mənbələr