AZ

“Küçə Hekayələri” Vorkşopu: Sənət vasitəsilə sahibsiz heyvanların müdafiəsi - FOTO

Ambassadors Cultural Club-da, Arts Council Azerbaijan-ın təşkilatçılığı ilə sahibsiz heyvanların problemlərinə həsr olunmuş "Küçə Hekayələri" adlı vorkşop keçirildi. Layihənin ideya müəllifi Suraya Məmmədlidir.

Tədbirin əsas məqsədi - sənət vasitəsilə küçə itləri və pişiklərinin həyatına diqqət çəkmək, onların həssaslığını vurğulamaq və hər bir insanın bu sahədə töhfə verə biləcəyini göstərmək idi.

"Küçə Hekayələri" vorkşopu təkcə yaradıcı yanaşna deyil, eyni zamanda sosial məsuliyyət aktı oldu. İştirakçılar əsərlərində sahibsiz heyvanların həyat hekayələrini, onların sağ qalmaq uğrunda mübarizəsini və mövcud problemlərin həll yollarını əks etdirdilər. İncəsənət, bu məsələyə daha dərindən baxmağa və ictimaiyyəti maarifləndirməyə kömək etdi.

Vorkşop maraqlı və ilhamverici keçdi. Rəssamlar mövzu ətrafında fəal müzakirələr apardılar, şəxsi hekayələrini bölüşdülər və problemə münasibətlərini incəsənət vasitəsilə ifadə etməyin yeni yollarını axtardılar. İştirakçılar arasında yaradıcı və emosional ünsiyyət vorkşopa xüsusi atmosfer bəxş etdi.

Vorkşopda iştirak edən rəssamlar:

Nigar Əliyeva, Elşən Rzazadə, Leyla Ağazadə, Ləman Hacıyeva, Oksana Kazımova, Ülviyyə Xeyrulla-zadə, Ruslan Rüstəmov, Hüseyn Kəngərli, Banucicək Əhmədzadə, Sevinc Gəncəliyeva, Leyli Musayeva, Rəşadə Əliyeva, Məryəm Qibləyeva, Nailə Aslanova, Vüsalə Şərifova, Nərgiz Quliyeva.

Hər bir rəssam öz yaradıcılığı ilə bu vacib sosial problemin sənət vasitəsilə işıqlandırılmasına mühüm töhfə verdi.İncəsənət dəyişiklik üçün güclü vasitədir. Bu vorkşop sahibsiz heyvanların problemləri haqqında ictimai maarifləndirmə təşəbbüsünün bir hissəsidir. Təşkilatçılar inanırlar ki, sənət cəmiyyətin heyvanlara münasibətini dəyişmək və onların müdafiəsinə diqqət çəkmək üçün güclü vasitə ola bilər.

Arts Council Azerbaijan sosial məsuliyyətin incəsənət yolu ilə inkişaf etdirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
milli.az

1Mənbələr