AZ

İngiltərə nəhəngi "Barselona"nın müdafiəçisini istəyir

"Barselona"nın cinah müdafiəçisi Alexandro Balde karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı “El Nacional” yayıb.

Məlumata görə, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın 21 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Balde cari mövsüm Kataloniya təmsilçisinin forması ilə 31 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
fanat.az

1Mənbələr