AZ

Taksiləri saxlayıb sürücülərə HÜCUM ETDİLƏR

Ankaranın Ulus rayonunda taksilərin hərəkətini dayandıran qrup sürücülərə hücum edib. 

News24.az bildirir ki, hadisə Ankaranın Ulus səmtindəki Çankırı küçəsində baş verib. Müştəri kimi hərəkət edən bir qrup vətəndaş əvvəlcə taksini saxlayıb. Hücum edənlər burada mübahisə edib və taksi sürücüsünü döyüblər.

Hücum edənlər daha sonra digər taksini saxlayıb və sürücünü döyüblər. Vətəndaş hadisəni mobil telefon kamerasına çəkib.

Hadisədən sonra polis qrupları hərəkətə keçərək hücum edənləri saxlayıb.

Zəhraxanım Şeydayeva

Seçilən
4
news24.az

1Mənbələr