Bakı. Trend:
Dünyada xaos, anarxiya yaratmaq, müstəqil siyasət həyata keçirəndövlətlərin daxili işlərinə qarışmaq, ayrı-ayrı ölkələrdə vətəndaşqarşıdurmasına rəvac vermək kimi çirkin funksiyalar həyata keçirənABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ifşası prosesi davamedir. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentininrəhbəri İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, buüzdəniraq təşkilatı hətta bioloji silah istehsalınınmaliyyələşdirilməsində ittiham edib. ABŞ Prezidenti Donald Trampisə USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimiqiymətləndirib. Məlum olub ki, ABŞ-nin bütün xarici yardımlarınınyarısından çoxu bu agentlik tərəfindən ödənilib.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə deyib.
Millət vəkili bildirib ki, indi isə USAID-in böyük maliyyəvəsaitləri ayıraraq “humanitar yardım” və “demokratik inkişafadəstək” adı altında həyata keçirdiyi “layihələr”in bir çox qaranlıqməqamları üzə çıxır:
Ağ Evin USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi biabırçılayihələr haqqında yaydığı məlumat bu üzdəniraq təşkilatın müstəqilsiyasət yürüdən dövlətlərə qarşı necə qarayaxma kampaniyalarıhəyata keçirdiyinə işıq salır.
Həmin məlumatdan aydın olur ki, təşkilat Əfqanıstanda narkotikistehsalında daha çox istifadə olunan irriqasiya kanallarınınyaradılması və gübrənin alınması, “Əl-Qaidə” terror təşkilatı üçün10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası,Peruda transgender komikslərin, İrlandiyada LGBT myuzikl, Serbiyadaişçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin vəinklyüzivliyin irəliləməsi, Qvatemalada cinsin dəyişdirilməsi vəLGBT fəallığı ilə bağlı layihələrin maliyyələşdirilməsini həyatakeçirib. Araşdırmalar göstərir ki, USAID 707 media, 6200 jurnalistvə jurnalistika sahəsində çalışan 279 QHT-ni maliyyələşdirib.
Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision”mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin, İkinciQarabağ müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları,COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyalarınarxasında artıq əsl siması ifşa olunan USAID dayanıb.
Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarınınarxasında hər zaman çirkin məqsədlər dayanıb. Bu təşkilatınölkəmizə qarşı qərəzinin mühüm səbəblərindən biri tam müstəqilsiyasət həyata keçirən, heç kimdən asılı olmayan, heç bir dövlətindaxili işinə qarışmayan və heç bir dövlətin ölkəmizin daxiliişlərinə qarışmasına imkan verməyən Azərbaycanda öz çirkinniyyətlərini həyata keçirmək gücündə olmamasıdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, həyata keçirilən araşdırmalarnəticəsində illərdir, təhlükəli və dağıdıcı siyasət həyata keçirənUSAID-lə bağlı hələ çox qaranlıq məqamların üzə çıxacağını ehtimaletmək olar.
“İndiyədək açıqlanan ifşaedici faktlara əsasən əminlikləsöyləmək olar ki, artıq tarixin arxivinə atılan bədnam Baydenadministrasiyası və bu üzdəniraq təşkilata Samanta Pauerinrəhbərliyi dövrü USAID-in fəaliyyət tarixinin ən biabırçımərhələsidir. Yeri gəlmişkən, bir məqamı da xüsusilə qeyd etməkvacibdir. Prezident İlham Əliyev hələ ötən ilin dekabrında rusiyalıtelejurnalist, Dmitri Kiselyova müsahibəsində qeyd etmişdi ki,Donald Tramp USAID-i qadağan edə bilər. Birmənalı şəkildə deməkolar ki, dövlətimizin başçısının USAID kimi bədnam təşkilatla bağlıböyük uzaqgörənliklə söylədiyi fikirlər bu gün öz təsdiqini tapır”,- deyə deputat qeyd edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isəTrend-əaçıqlamasında bildirib ki, Qərb dövlətləri, xüsusilə ABŞ uzunillərdir, müsəlman ölkələrində, dünyanın müxtəlif ölkələrində özməqsədlərinə nail olmaq üçün bu cür metodlardan çox məharətlə vəgeniş formada istifadə edir:
“USAID kimi təşkilatların da əsas məqsədi öz ölkələrininmaraqlarını digər dövlətlərdə təmin etməkdir. Layihələndirilənməsələlər bir daha onu göstərir ki, burada çox böyük planlardansöhbət gedir. Və bu prosesdə, əsasən, mediadan istifadə edilir. 707media, 6 200 jurnalist - burada Azərbaycandan da media quruluşları,jurnalistlər var - jurnalistika sahəsində çalışan 279 QHTmaliyyələşdirilib. Həm “Eurovision” vaxtında, həm Laçın yoluaksiyasında, həm də COP29-da bu cür “dəstəy”i, ölkəmizə qarşıhücum, təxribatları hiss etdik. Əfqanıstandakı proseslər, həttanarkotik vasitələrinin dövriyyəsi də buraya aiddir. Bundan əlavə,“Əl-Qaidə”nin maliyyələşdirilməsi, İrlandiyada LGBT myuzikl,Misirdə turizmin maliyyələşməsini də misal göstərmək olar”.
Ceyhun Məmmədov xatırladıb ki, Samanta Pauerin rəhbərlik etdiyibu təşkilat son vaxtlar artıq ifşa olunur.
“Görün vəziyyət hansı yerdədir ki, ABŞ dövləti özü bu təşkilatıifşa edir, onun fəaliyyəti ilə bağlı məlumatları yayır. Buquruluşun əsas hədəf və məqsədi dünya ölkələrində, həmçinin,Azərbaycanda ABŞ-nin maraqlarını təmin etmək, müstəqil, azadsiyasət yeridən, inkişaf edən dövlətlərin tərəqqisinə maneolmaqdır”, - deyə deputat fikrini yekunlaşdırıb.