AZ

Oğlu Lalə Şövkətin ən böyük arzusunu açıqladı: "Səhhəti yaxşılaşarsa..."

Lalə Şövkətin hazırda səhhəti yaxşıdır. Getdikcə nisbətən də yaxşı olacaq. Allaha şükür, indi vəziyyət normallaşır.

Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

“Hazırda onun sərbəst hərəkəti nisbətən bərpa olunub. Ev şəraitində müalicəsini davam etdirir. Daimi olaraq həkimlərin nəzarətindədir”, - deyə o qeyd edib.

Sidqi Şövkət bildirib ki, Lalə xanımın səhhəti tam yaxşılaşsa, onun Şuşaya getmək niyyəti var: “Hətta müharibə başa çatdıqdan sonra oraya getmək istəyirdi. Amma səhhəti buna imkan vermədi. Sözsüz ki, onun ən böyük arzusu Qarabağa getmək və Şuşanı ziyarət etməkdir”.

Seçilən
22
9
publika.az

10Mənbələr