AZ

Bakıda məktəbli qızın özünü binadan atması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı şəhəri, Nizami rayonunda bir nəfərin yıxılma səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  (TƏBİB) məlumat verilib.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 16 yaşlı şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

Aygün Mirakif

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Editor.az  Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

16 yaşlı Kamilə Nemət qızı Məmmədova çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İntiharın səbəbi hələlik məlum olmasa da, K.Məmmədovanın məktəbli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
43
9
editor.az

10Mənbələr