AZ

Lozannada Bakı Dünya kubokunun püşkatma mərasimi keçirilib

Beynəlxalq Gimnastika Federasiyasının Lozannadakı (İsveçrə) mənzil-qərargahında fevralın 22-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkatma nəticəsində gimnastların reytinqlərinə uyğun çıxış sırası müəyyənləşib.

Qeyd edək ki, Dünya kubokunda təkcə fərdi batut hərəkətləri üzrə deyil, həm də sinxron tullanma üzrə yarışlar baş tutacaq.
Yarışda 15 ölkədən gimnastlar iştirak edəcək.

Milli Gimnastika Arenasında keçiriləcək turnirdə tamblinq növündə Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar. Batut gimnastikasında isə Selcan Maxsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Hümbətova güclərini sınayacaqlar.

İdman.biz

Seçilən
21
idman.biz

1Mənbələr