AZ

Prezident ordu quruculuğundan danışdı

“Mən Suriyada məcburi hərbi xidməti tətbiq etmədim. Bunun əvəzinə könüllü qoşulma üsulunu seçdim və bu gün minlərlə insan yenidən yaradılan Suriya ordusuna yazılır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Əl-Ərəbiyə” kanalında yayımlanan “The Rest is Politics” proqramına qatılan Suriya Prezidenti Əhməd əl-Şəraa bildirib.

Əhməd əl-Şəraa ölkədə məcburi hərbi xidmətə görə qaçan çox sayda gəncin olduğunu və onların indi geri dönməyə başladığını vurğulayıb:

“Keçmiş hərbçilər arasında fərarilər çox idi, lakin indi onlar tədricən orduya geri dönürlər. Ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalar tədricən milli orduya inteqrasiya olunacaq. Bununla belə, ölkədə təhlükəsizlik hələ də sabit deyil. Türkiyənin dəstəklədiyi qüvvələr ABŞ-nin dəstəklədiyi, əsasən də kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) ilə döyüşməyə davam edir”. 

Əhməd əl-Şəraa müsahibəsində ölkəyə tətbiq edilən beynəlxalq sanksiyaların ləğv olunmasını istəyib.

O bildirib ki, bu sanksiyalar əvvəlki rejimin sistematik cinayətlərinə görə tətbiq edilib:

“Hazırda Əsəd rejimini və onun həbsxanalarını dağıtdıq. Ona görə də bu sanksiyaların davam etməsi üçün heç bir əsas yoxdur”.

Xatırladaq ki, uzun illər hakimiyyətdə olan Bəşər Əsəd devrildikdən sonra Suriya hökuməti buraxılıb.

Suriya müharibəsinin ilk illərində mütəxəssislər bildirirdilər ki, itkilər, fərarilik və hərbi çağırışdan yayınmalar nəticəsində Əsədin 300 minlik ordusunun təxminən yarısı sıradan çıxıb.

Seçilən
8
cebheinfo.az

1Mənbələr