Honq Konq rahat yaşayış üçün yenidən dizayn edilmiş ən müasir və müsbət şəhərlərdən biri hesab olunur. Ancaq hamı bilmir ki, hətta belə inkişaf etmiş şəhərin öz sirləri var. AzPost xəbər verir ki, turistlərdən biri şəhərin kənar məhəllələrini çəkib.
Viktoriya dağının yaxınlığında yerləşə lüks evlərdən fərqli olaraq sadə insanların mənzilləri tamamilə fərqlidir. Honq Konq orta əmək haqqı təxminən 2700 manat təşkil edir. Lakin şəhər olduqca bahalıdır və bu böyük görünən məbləğ yaşamaq üçün bəs etmir. Belə ki, statistikaya görə, hər 30 vətəndaşdan biri ağır şəraitdə yaşamaq məcburiyyətindədir. Hətta ən əsas tələbatlarını ödəməkdə çətinlik çəkirlər.
İnsanlar gələn turistlərə ucuz qiymətə öz evlərini təklif edirlər. Evlər isə sanki kiçik həbsxanaları xatırladır. Çünki bir otaqda onlarla insan yaşaya bilər.