AZ

Cəbrayılın Şükürbəyli kəndində ikinci mərhələ üzrə işlərə start verilir – 147 min manat ayrıldı

Bakı. Trend:

Cəbrayıl rayonunun Şükürbəyli kənd məntəqəsinin salınması iləəlaqədar daha bir işlərə start verilir.

Trend-in əldəetdiyi məlumata görə, 1042 ailəlik (ikinci mərhələdə - 407 ailəlik)Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar mövcuddağılmış, sökülmüş binalarının və digər tikililərin söküntü işləriaparılacaq.

Artıq bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondumüvafiq işlərə başlayıb.

Fond sözügedən işlərin icrasına 147 1 38 manat vəsaitin sərfolunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayılrayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixindəMehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi - Karxulu,Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, YuxarıMaralyan və Decal kəndləri Ermənistan silahlı qüvvələrininişğalından azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılanhərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kəndişğaldan azad edilib.

2023-cü ilin mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinintəməli qoyulub. Şükürbəyli kəndində 1042 ailənin məskunlaşmasıplanlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır.

Seçilən
6
2
az.trend.az

3Mənbələr