AZ

HƏMAS lideri: "Tramp və Netanyahunun planlarını məhv edəcəyik"

Həmas lideri Hayye paytaxt Tehranın Azadi meydanında keçirilən İran inqilabının 46-cı ildönümü mərasimlərində çıxış edib.

Turkustan.az xəbər verir ki, Hayye İranın Fələstinə verdiyi dəstəyə görə təşəkkür edib və deyib: "Bu gün biz iki dəyərli və şərəfli hadisəni böyük təmtəraqla qeyd edirik: Allahın zəfəri və yaxın gələcəkdəki zəfər. İmam Xomeyninin dediyi kimi, "qılınc üzərində qan qalib gəldiyi" bu milli bayram münasibətilə sizi təbrik edirəm".

İsrailin təxminən bir il yarımdır ki, Qəzzəyə hücumlarında uğursuzluğa düçar olduğunu müdafiə edən Hayye, "Sionistlər heç nəyə nail olmadılar. Onlar hər kəsi öldürdülər, bağları və ağacları məhv etdilər, lakin fələstinlilər güclü, möhkəm və bacarıqlı qalmağı bacardılar" ifadələrdən istifadə edib.

"ABŞ prezidenti Donald Trampın "Qəzza zolağının sahibliyini ələ keçirmə" planına toxunan Hayye, "Tramp və Netanyahunun planlarını alt-üst edib məhv edəcəyik. Fələstin xalqı öz torpaqlarını tərk etməyəcək"-deyə, o əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr