AZ

Ronaldonun gələcəyi ilə bağlı təfərrüatlar məlum olub

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini uzatmağa razılaşıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Arriyadiyah” nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, müqavilənin müddəti 2026-cı ilə qədər olacaq və müqavilənin şərtləri olduğu kimi qalacaq. Hazırkı müqaviləyə əsasən, Ronaldo ildə 200 milyon avro alır.

 

Futbolçunun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, Ronaldo klubun 5%-lik səhminin sahibi olacaq.

 

Ronaldo karyerasının böyük hissəsini 2009-2018-ci illərdə Real Madriddə keçirib. Komanda ilə birlikdə iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunun qalibi olub, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub.

 

2023-cü ilin yanvarında Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçdü və “Əl-Nassr” komandasının hücumçusu oldu. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası Corcina Rodrigeslə birgə yaşamağa icazə verilib.

 

Daha əvvəl Argentina millisinin sabiq qapıçısı özünü tarixin ən yaxşısı adlandıran Ronaldo ilə razılaşmayıb.

 

Nigar

 

Seçilən
9
oxu24.com

1Mənbələr