AZ

Saxta dərman almağa BAŞLADILAR

Şimali Osetiyada dələduzluq yolu ilə dərman və tibbi məhsulların alınması ilə bağlı 13 cinayət işi açılıb.

News24.az bildirir ki, bu barədə Osetiya Xəbərləri Teleqram kanalı FSB-nin respublika üzrə idarəsinə istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2022-ci ildən 2023-cü ilə qədər satınalma müqavilələrini qanunsuz olaraq bölüb və onların qiymətlərini, o cümlədən maya dəyərinə topdansatış əlavəsini artırıblar. 

Bölgəyə dəyən ziyan 30 milyon rubl təşkil edib.

Məlum olub ki, qurumun 54 yaşlı direktoru hazırda ev dustaqlığındadır, müqavilə xidmətinin 50 yaşlı rəhbəri isə nəzarətə götürülüb.

Zəhraxanım Şeydayeva

Seçilən
7
news24.az

1Mənbələr