AZ

Nesta dekabrda qovulduğu kluba qayıtdı

Alessandro Nesta dekabrın 23-də istefaya göndərildiyi kluba - A Seriyası təmsilçisi "Montsa"nın baş məşqçisi postuna qayıdıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis Salvatore Bokkettini əvəzləyib.

Sözügdən komanda onun rəhbərliyi altında cari mövsüm 17 görüşdə 7 heç-heçə, 9 məğlubiyyət və 1 qələbə ilə yadda qalıb.

Qeyd edək ki, hazırda 16 xalı olan "Montsa" A Seriyasında turnir cədvəlinin sonuncu pilləsindədir.

Seçilən
13
fanat.az

1Mənbələr