İtaliyalı məşqçi Salvatore Bokçetti "Montsa"nın baş məşqçi postunu tərk edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda İtaliya çempionatında yeddi oyun keçirib və bu oyunda altı məğlubiyyətlə yalnız bir qələbə qazana bilib. 24 turdan sonra "Montsa" cəmi 13 xalla A Seriyasının sonuncu pilləsində qərarlaşıb.