AZ

Kredit Fonduna sədr və müavin təyin olunub

Kredit

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B. Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.

Emin Əmrullayevin digər əmri ilə Rüfət Tağı Zadə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Seçilən
2
49
reyting.az

10Mənbələr