AZ

Ölkədə heyvanların sayı niyə azalır?

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilyanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850,2 min baş qoyun vəkeçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1milyon 223,1 min baş inək və camış mövcud olub. 2025-ci il yanvarın1-i vəziyyətinə donuzların sayı 3 103 baş olub. Bu rəqəmlər ötənillə müqayisədə azdır.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Trend-ə bildirib ki, son dövrlərdə ölkədə irivə xırdabuynuzlu heyvanların sayında kəskin azalmasının bir çoxsəbəbləri var.

"Bu səbəblərdən birincisi ölkədə əhalinin artımıdır. Belə ki,son 10 ilin statistikasına baxsaq, ölkədə heyvan kəsimi 20% artıb.Lakin saxlanılan heyvanların sayı isə azalıb. Əvvəllər kənddəyaşayan insanlar heyvan saxlayırdılar. Son illərdə böyük şəhərlərəköç səbəbindən heyvan saxlayanların sayında ciddi şəkildə azalmavar.

Təbii otlaqların da sayı azalıb. Belə ki, həyət evlərinintikintisinin çoxalması, şoranlaşma əkinçilik, bağçılıq məqsədiləərazilərin hasarlanması otlaqların azalmasına səbəb olan əsasamillərdir. Heyvanların qidalanması üçün fərdi ev təsərrüfatıməcbur qalıb yem alır ki, bu xərclərin artımıdır.

Əslində, bahalaşma tələbatı aşağı salmalıdır. Lakin bahalaşmafonunda insanlar kifayət qədər ət alırlar. Ümumiyyətlə,heyvandarlıq çox ağır sahədir. Ona görə də çox adam bu sahə iləməşğul olmaq istəmir.

İribuynuzlu heyvan təsərrüfatlarının damazlıq saxlaması üçünsahələri yoxdur ki, yem bazalarını formalaşdırsınlar. Yemqiymətlərinin son üç ildə bahalaşmasına görə hətta damazlıqheyvanları da kəsimə göndərirlər. Bu da növbəti illərdə damazlıqheyvanların və bazara təklif olunan ətin azalmasına səbəb olur", -o qeyd edib.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfərİbrahimli bildirib ki, xırdabuynuzlu heyvanlarınsaxlanılması üçün lazım olan örüş yerləri iqlim dəyişməsinəticəsində məhv olur.

"Belə olduqda heyvanları yemləmə məcburiyyəti yaranır. Yemialmaq da xırdabuynuzlu heyvandarlıqda ətin maya dəyərini yüksəldir.Xırdabuynuzlu heyvanların quzu dediyimiz dönəmlərdə kəsilməsibazara ət təklifini azaldır.

Ümumiyyətlə, iribuynuzlu, xırdabuynuzlu heyvanların baş sayınınbərpası üçün damazlıq təsərrüfatı yaradılmalı və subsidiyalarayrılmalıdır".

Heyvandarlıqla məşğul olan Arif Yusiflibildirib ki, iqlim dəyişiklikləri heyvandarlıq üçün əlverişsizşərait yaradır.

"Quraqlıq, otlaq sahələrinin azalması, su mənbələrinin tükənməsikimi faktorlar heyvanların yem təminatını çətinləşdirir. Bu daməhsuldar heyvanların azalmasına səbəb ola bilər. Kənd təsərrüfatısahəsinə marağın azalmış olması, xüsusilə gənc nəsil arasındaheyvandarlıqla məşğul olmağa marağın azalması, kənd təsərrüfatınaolan investisiyaların az olması bu sektorda fəaliyyət göstərənlərinsayının azalmasına gətirib çıxara bilər".

A.Yusifli bildirib ki, heyvanlar arasında yayılan xəstəliklər vəepidemiyalar da heyvanların sayını azaldan amillərdəndir.

"Xüsusilə epidemiyaların vaxtında qarşısının alınmaması vəmüalicə üçün müvafiq tədbirlərin görülməməsi bu sahəyə böyük ziyanvurur. Bütün bu amillər bir yerdə toplanaraq, ölkədə iri vəxırdabuynuzlu heyvanların sayında azalmaya yol açır", - deyə o qeydedib.

Qeyd edək ki, hazırda mal ətinin qiyməti 15-17 manat, qoyunətinin qiyməti isə 20-22 manat arasında dəyişir.

Məqalədə:
Seçilən
23
2
az.trend.az

3Mənbələr