AZ

ƏRDOĞAN NETANYAHUNUN FƏLƏSTİNLİLƏRƏ ÖDƏMƏLİ OLDUĞU TƏZMİNAT MƏBLƏĞİNİ AÇIQLAYIB

“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vəsait axtarmalıdır”.

TEZADLAR.AZ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və ABŞ-ın Qəzza zolağının müharibədən sonrakı taleyi ilə bağlı planlarını şərh edərkən bildirib.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təl-Əvivi İsrail ordusunun hərbi əməliyyatları zamanı Qəzzaya vurduğu ziyanı kompensasiya etməyə çağırıb. Türkiyə liderinin hesablamalarına görə, İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərə 100 milyard dollar ödəməlidir.

“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vəsait axtarmalıdır”, - DEYƏ Türkiyə lideri bildirib.

 Qeyd edək ki, yanvarın 19-da İsrail və HƏMAS mərhələli atəşkəs razılaşmasını təsdiqləyərək bir-birinin ərazilərini atəşə tutmağı dayandırıb.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp isə Qəzza zolağının Vaşinqton tərəfindən alına biləcəyini, anklavın əhalisinin isə ərəb ölkələrinə köçürülə biləcəyini bildirmişdi...

 

JASMİN

Seçilən
33
11
tezadlar.az

10Mənbələr