AZ

AQTA-da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fəaliyyət göstən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya bildirilib ki, görüşdə son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olması barədə məlumat verilib. Quş qripinin qeydə alındığı bölgələr tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılıb və həmin xəstəliyə qarşı mübarizə tədbirləri, həmçinin idxala dair nəzarət və tənzimləmə məsələləri müzakirə olunub.

Görüşün yekununda xəstəliyə şübhəli hal olduğu təqdirdə Agentliyə və ya yerli baytarlıq idarələrinə məlumat verilməsinin vacibliyi nəzərə çatdırılıb, iştirakçılarının sualları cavablandırılıb.

Seçilən
20
1
sia.az

2Mənbələr