AZ

Nesta 2 ay əvvəl istefaya göndərildiyi kluba qayıtdı

style='margin-bottom:10px;'>

İtaliyanın "Montsa" klubunun yeni baş məşqçisi açıqlanıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə yenidən Alessandro Nestaya tapşırılıb.

İtaliya millisi ilə dünya çempionu olan 48 yaşlı mütəxəssis iki ay əvvəl - dekabrın 23-də bu komandadan göndərilmişdi. 

Nesta onu bu vəzifədə əvəzləyən Salvatore Bokkettinin yerinə təyinat alıb.

Qeyd edək ki, "Montsa" 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Seçilən
15
teleqraf.com

1Mənbələr